DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan Almaniyanı qəbul edir. Futbolinfo.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşü izləyənlər arasında Almaniya millisinin sabiq üzvləri Oliver Birhoff və Miroslav Kloze də var.
Hər iki sabiq hücumçu hazırda Almaniya Futbol Federasiyasında çalışır.
Hazırda ilk hissəsi oynanılan qarşılaşmada hesab açılmayıb.