Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev Portuqaliyanın “Boavişta” klubu ilə yollarını ayırıb. Futbolinfo.az xəbər verir ki, bu barədə məlumatı DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilmiş Almaniya ilə oyundan sonrakı mətbuat konfransında millimizin baş məşqçisi Robert Prosineçki deyib.
Xorvatiyalı mütəxəssis qeyd edib ki, millimizin əsas qapıçısı hazırda klubsuzdu. Prosineçki onu da əlavə edib ki, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti turda Şimali İrlandiyaya qarşı keçiriləcək vacib oyun ərəfəsində Ağayevin klubsuz qalması onu narahat edir.