DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi Almaniya ilə qarşılaşdı. Futbolinfo.az "Apasport"a istinadla xəbər verir ki, bu görüş millimizin 26 mart tarixində keçirdiyi 6 qarşılaşma idi. 

Bu tarix yığmamız üçün uğursuz gün hesab olunurdu. Belə ki, geridə qalan 5 oyunda millimiz qola və qələbəyə həsrət qalmışdı. Ancaq Robert Prosineçkinin komandası bu uğursuz seriyalardan birinə son qoymağı bacardı. Belə ki, Dmitri Nazarov oyunun 31-ci dəqiqəsində Əfran İsmayılovun ötürməsindən sonra fərqlənərək yığmamızın 26 mart sindromuna son qoydu.

Qeyd edilən tarixdə baş tutmuş bütün qarşılaşmaları təqdim edirik.

Millimizin martın 26-da keçirdiyi bütün oyunlar
 
26 mart 1999. Gimaraynş. AÇ. Portuqaliya – Azərbaycan – 7:0
26 mart 2005. Varşava. DÇ. Polşa – Azərbaycan – 8:0
26 mart 2008. Vilnüs. YO. Litva – Azərbaycan – 1:0
26 mart 2013. Bakı. DÇ. Azərbaycan – Portuqaliya – 0:2
26 mart 2016. Antalya (Türkiyə). YO. Azərbaycan – Qazaxıstan – 0:1
26 mart 2017. Bakı. DÇ. Azərbaycan – Almaniya – 1:4

Shares: