Azərbaycan millisinin bombardirləri siyahısında dəyişiklik olub. Futbolinfo.az "Apasport"a istinadla xəbər verir ki, DÇ-2018-in seçmə mərhələsinin Almaniya ilə oyununda (1:4) qol vuran Dmitri Nazarov yığmada 6-ci dəfə fərqlənib.

Bununla da yarımmüdafiəçi yığmamızın 25 illik tarixinin bombardirləri siyahısında 6-cı yerə şərik olub.
 
O, 6-cı qolu ilə Zaur Tağızadəyə çatıb.
 
Millimizin bombardirləri
1. Qurban Qurbanov 14
2. Vaqif Cavadov 9
3-5. Rauf Əliyev, Branimir Subaşiç, Elvin Məmmədov – 7
6-7. Zaur Tağızadə, Dmitri Nazarov – 6

Shares: