Almaniya yığmasının futbolçusu Mats Hummels DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, o, 4:1 hesabıyla qalib gəldikləri görüşdən sonra bunları söyləyib:
“Biz Azərbaycandan üstün komandayıq. Bu da nəticəyə öz təsirini göstərdi. Düzdü, səviyyə baxımından rəqibimizi qabaqlayırdıq. Lakin Azərbaycan yığması da pis təsir bağışlamadı. İstədiyimiz oyunu sərgiləyə bilmədik, çətinlik çəkdik. Təcrübə və səviyyə fərqi qələbə qazanmağımıza yardım etdi”.
Qeyd edək ki, narazı qalan Hummels oyun zamanı tez-tez komanda yoldaşları ilə mübahisə edirdi, onlara iradını bildirirdi.