Madrid "Real"ı "Barselona"nın futbolçusu Jerar Pikenin sözlərinə rəsmi şəkildə cavab verib.

Futbolinfo.az xəbər verir ki, ispan müdafiəçi Madrid klubunu tənqid edib və orada heç zaman işləmək aruzunda olmayacağını bildirib. Bundan əlavə, o, bu açıqlaması ilə diqqət mərkəzinə düşüb:

"Messi və Neymara qarşı məhkəmə işi aparan şəxslərin "Santyaqo Bernabeu"nun VIP lojasında oturması heç xoşagələn deyil".

"Real"ın bəyanatında isə deyilir: "Pikenin bizim klub haqqında dediklərinə ən yaxşı cavab aprelin 23-dəki "El Klasiko" olacaq. "Real" hər zaman sözünü meydanda deyir".
 
"Real" həmçinin Pikeni verdiyi açıqlamaya görə məhkəməyə verməcəyini də vurğulayıb.

Shares: