"Arsenal" Aleksis Sançeslə müqavilənin müddətini uzada bilməsə, onu almaq istəyənlərdən 50 milyon funt sterlinq tələb edəcək.
Futbolinfo.az xəbər verir ki, bir müddət əvvəl Arsen Venger yeni müqavilə ilə bağlı Sançeslə danışıqların yaya qədər təxirə salınıdığını bildirmişdi.
"Arsenal" rəhbərliyi nikbinliyini qorumasına baxmayaraq liderini itirmək variantını da nəzərdən keçirir. Məhz belə bir məbləğ alıcılar üçün nəzərdə tutulub.
Bundan başqa London təmsilçisi onu alan klubun Premyer Liqadan olmamasını da istəyir. Ən uyğun variant kimi onlar PSJ və "Yuventus"u görür. Ancaq "Çelsi" və "Mançester Siti" də onun transferində maraqlıdı.
Sançesin qüvvədə olan müqaviləsinin müddəti gələn yay başa çatır. Vaxtilə "Arsenal" onu "Barselona"dan 42 milyona transfer etmişdi.
Aleksis bu mövsüm komandanın əsas bombardiridi. 38 oyunda 22 qol vurub, 18 qol ötürməsi ilə yadda qalıb.