Türkiyə millisinin baş məşqçisi Fatih Terim açıqlama verib. Futbolinfo.az xəbər verir ki, təcrübəli çalışdırıcı Türkiyə Super Liqasında tətbiq edilən legioner limitindən danışıb:
“Milli komandanın baş məşqçisi kimi əcnəbi futbolçu limitinin sərbəst olmasını təklif etmişəm. Düzdü, mən yığmanın çalışdırıcısıyam, amma əcnəbi oyunçulara qoyulan limitin qalxmasının tərəfdarıyam. Demək olar ki, bütün sistemləri tətbiq etmişik. Bunun adı “legioner limiti altında limitsiz” deməkdi. Bu gün futbolumuz inkişaf edirsə, buna əcnəbi oyunçular kömək etmirmi? 7 ehtiyat oyunçu arasında 1 türk qolkiperin mütləq olmasını lazım bildik. Bizim sistemimizə görə, 28 nəfərlik heyətin 14-ü mütləq yerli oyunçu olmalıdı. Heyətdə 15-21 yaşlı futbolçuların vacibliyini qeyd etdik. Bizim ciddi şəkildə istədiyimiz şeylər var. Bu, türk oyunçuların xaricə getməsidi”.
Legioner limitinin 2018/19 mövsümündə başa çatacağını açıqlayan Terim sözlərinə belə davam edib:
“Bu qaydanı 4 mövsüm üçün açıqlamışıq. Qaydalar tətbiq olanan kimi, ləğv edilməz. Əvəzedici heyətdən əsas komandaya futbolçu dəvət etmək üçün limit sizə mane ola bilməz. Ancaq görünən odur ki, bu qayda özünü doğrultmadı. Əslində bu qayda zəruri şeylər gətirdi və 2018/19 mövsümündə bitəcək. Bir tərfədən də faydalı olduğunu da düşünürəm. Lazımdısa, heyətdə yer alan 28 futbolçunun hamısı türk olsun. Avropada nəhəngləri necə edirsə, biz də elə edirik. Qitənin səviyyəli çempionatlarında belə qaydalar yoxdu. Almaniya, İspaniya dünya çempionudu. Bu qaydalar milliyə faydalı olmamlıdı. Xaricə 20-30 səviyyəli futbolçu göndərsək, buna ehtiyac qalmaz”.
63 yaşlı mütəxəssis milli komandamızın və “Bursaspor”un hücumçusu Dəniz Yılmazı limitlə bağlı məsələdə nümunə gətirib:
“Dəniz Yılmaz Azərbaycan yığmasını seçdikdən sonra avomatik olaraq legioner oldu. Daha əvvəl yerli statusu almış futbolçular başqa ölkənin millilərində çıxış edəndə artıq legioner olurlar. Belə bir ayrı-seçkilik var. Bu qayda tez uduzdu, əmin ola bilərsiz”.