“Bursaspor”un gənc forvardı Kubilay Kanatsızkuş “Benfika”nın transfer hədəfinə düşüb. Futbolinfo.az Portuqaliya mətbuatına istinadla xəbər verir ki, boyu 190 sm olan 20 yaşlı hücumçu üçün “Benfika” Bursa təmsilçisinə rəsmi təklif göndərəcək.
Ötən günlərdə Türkiyənin U-21 yığmasının heyətində ikinci hissədə meydana daxil olaraq millimizə iki qol vuran hücumçu diqqətləri bir daha üzərinə cəmləməyə müvəffəq olmuşdu. Oyunu canlı izləyən "Benfika"nın skautları Kanatsızkuşun performansını bəyəniblər.
Qeyd edək ki, Kubilay Kanatsızkuş bu mövsüm “Bursaspor”un heyətində Super Liqada 21 oyun keçirib və 5 qol, 1 assistlə yadda qalıb.