Argentina millisinin futbolçusu Lionel Messi FIFA-ya məktub yazıb. Futbolinfo.az xəbər verir ki, o, məktubda DÇ-2018-in seçmə mərhələsində Çiliyə qarşı matçda yan xətt hakimini söymədiyini bildirib:

"Mən onu təhqir etməmişəm. Biz hakimlə hətta dost kimi bir az söhbət etdik. Sözlərim hakimə ünvanlanmamışdı. Sadəcə, mən o ifadələri havaya işlətmişəm".

FIFA Messinin yan xətt hakimini təhqir etdiyini əsas gətirərək onu 4 oyunluq cəzalandırıb.

Shares: