“Qarabağ” “Fənərbaxça”nın qapıçısı Volkan Dəmirələ 2 illik müqavilə təklif edib. Futbolinfo.az xəbər verir ki, bu iddia ilə Türkiyə mətbuatı çıxış edib. 

Amma 35 yaşlı əlcək sahibi Volkan Dəmirəl “son ana qədər “Fənərbaxça”nın təklifini gözləyəcəm” deyib və ağdamlıların təklifini geri çevirib. 
 
Qeyd edək ki, Volkanın "Fənərbaxça" ilə müqaviləsi mövsümün sonunda başa çatır və istanbul klubu təcrübəli əlcək sahibinə yeni sözləşmə təklif etməyib.

Shares: