"Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Kubokunun ilk yarımfinal səfər matçında "İnter” üzərində 2:1 hesablı qələbədən sonra fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, 52 yaşlı ukraynalı mütəxəssis oyundan sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb.

– Komandanız son oyunlarda xeyli sayda qol vəziyyəti yaratsa da, reallaşdırmaqda çətinlik çəkir. Bu, nə ilə bağlıdı?
– Səbəblər bir neçədir. Bir sözlə ifadə etsək, ustalıq səviyyəsi çatmır. Uşaqlara yazığım gəlir, qol vəziyyətləri çox olsa da, istifadə edə bilmirlər. Bunun üzərində işləməliyik. Qol vurmaq üçün intellekt yüksək olmalıdı.

– Buradan çıxandan sonra otelə gedəcəksiz, yoxsa "Bakcell Arena"ya?
– Xeyr, stadiona getməyəcəm. Öz oyunlarımızı düşünürük. İstirahət etmək lazımdı. 

– Daniel Subotiç əvəzlənərkən məyus görünürdü. Zədəsi vardı?
– Xeyr, buna zədə deməzdim. Onu başa düşürəm, 2 qol vurdu. Yenə də fərqlənə bilərdi. Ona görə də, məyusluğunu anlayıram.

NİCAT SALMANLI

Shares: