“Qarabağ”ın zədəli futbolçusu Dani Kintanadan yeni xəbər var. Futbolinfo.az xəbər verir ki, bir müddət öncə İspaniyada əməliyyat olunan futbolçu ölkəmizə gəlib. 

O, hətta komandasına ölkə kuboku çərçivəsində bu gün keçirilən "Neftçi" ilə səfər oyununda dəstək olmağı da unutmayıb.

Əldə etdiyimiz məlumata görə, yarımmüdafiəçi bərpa prosesini ölkəmizdə keçirəcək. Ancaq futbolçunun yaydan tez oynaması gözlənilmir. 

Qeyd edək ki, Kintana AZAL-la oyunda diz bağlarından zədə almışdı.

17669003 1516942985025348 654545158 o - Futbolinfo.az

Shares: