Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində “Neftçi” “Qarabağ”la qarşılaşır. Futbolinfo.az xəbər verir ki, qarşılaşmadan öncə “ağ-qaralar”ın 80 illik yubileyi ilə əlaqədar təntənəli açılış mərasimi baş tutub.
İlk olaraq meydançaya “Neftçi”nin veteran futbolçuları dəvət alıb. Ardınca isə “Natiq Ritm Qrupu”nun üzvəri meydanda öz məharətlərini göstəriblər.