Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Neftçi" öz meydanında "Qarabağ"ı qəbul edir. Futbolinfo.az xəbər verir ki, matçdan öncə qalmaqal yaşanıb.
Belə ki, stadionda təhlükəsizliyi təmin etməli olan polis əməkdaşları qonaqların xanımlardan ibarət azarkeş qrupu olan "Ladys of Qarabag"ın üzvlərinin tribunaya daxil olmasına çətinlik törədib. Əvvəlcədən tərəflər arasında xanımların ayrıca VİP sektorda əyləşəyi razılaşdırılsa da, həmin tribunaya giriş media ilə eyni olduğundan polislər buna əngəl törədib. Yalnız rəsmilərin müdaxiləsindən sonra VİP sektorunun qapıları açılıb və xanımlar öz yerlərini alıblar.