Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilən "Neftçi" – "Qarabağ" matçından sonra qonaqların baş məşqçisi Qurban Qurbanov matçla bağlı fikirlərini bildirib. Futbolinfo.az xəbər verir ki, o, komandasının 2:0 hesablı qələbəsini belə şərh edib:
– Maraqlı oyun oldu, stadionda yaxşı atomsfer var idi. Hər iki komandanın oyunu ən maraqlılardandı. Rəqib məğlub olsa da, sona qədər vuruşdu. "Neftçi" çox təhlükəli komandadı. Bu hesab heç nə demək deyil. Cavab oyununa daha diqqətli hazırlaşmalıyıq. Rəqibə uğurlar arzu edirəm.
– Volkan Dəmirəlin "Qarabağ"la keçəcəyi ilə bağlı xəbərlər yayılıb…
– Bizim tərəfimizdən heç bir təklif yoxdu.
– Qara Qarayevi bu gün müdafiədə oynatdınız…
– İlqar Qurbanov "Zirə" ilə oyundan sonra zədələnmişdi. Qara gənc yaşlarında da müdafiəçi kimi çıxış edib. Arxa xətdə çatışmazlıqlar olduğundan bu gedişə əl atdıq.
– "Neftçi"nin sona qədər çalışıb hesabı dəyişdirə bilmədiyinizi dediniz. Buna rəqibin gücü çatmadı, ya ustalıq səviyəsi?
– Belə deməzdim. Sona yaxın təhüləkəli zərbələr vurdular. Ola bilər bəxtləri gətirmədi. Sona kimi bizə problem yaşatdılar. Ayrılıqda heç bir oyunçusu məğlub olub, ruhdan düşmədi. Hiss olunurdu ki, yaxşı köklənmişdilər. Fikrimcə, cavab matçında daha istəkli olacaqlar.
ELMAR ABDULLA-ZADƏ