Futzal üzrə Azərbaycan və Moldova yığma komandaları arasında keçirilmiş yoxlama oyunundan sonra millimizin baş məşqçisi Biro Jade fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, o, yığmamızın 3:2 hesablı qələbəsini belə şərh edib:

“İki fərqli oyun keçirdik. İlk oyunla müqayisədə ikinci matça konsantrasiya ola bilmədik. Paltardəyişmə otağında, eləcə də matçdan əvvəl keçirilən isinmə hərəkətləri zamanı uşaqların oyuna köklənə bilmədiyini müşahidə etdim. Anladım ki, bizim üçün çətin bir oyun olacaq. Təbii ki, Avropa çempionatının əsas mərhələsi zamanı də bu cür oyun nümayiş etdirsək, final mərhələsinə vəsiqə qazana bilməyəcəyik. 

Müəyyən epizodlar oldu ki, razı qaldım. Birinci hissədə 5-in 4-ə oynadıq və 3 real qol epizodu yaratdıq. Ancaq heyətə cəlb etdiyim oyunçuların hamısına şans verməli idim, buna görə də 4-ün 4-ə oynamağa başladıq. Vəziyyət elə alındı sərəncamımda olan oyunçuların hamısını meydana buraxa bilmədim. Standart vəziyyətlərdən istifadəyə gəldikdə, ilk oyunla müqayisədə bu dəfə daha düzgün oynamağa çalışdıq. Təəssüflənirəm ki, epizodlardan istifadə faizi aşağı oldu”. 

Shares: