Milli komandaların aprelin 6-da dərc olunacaq FİFA reytinqi ilə bağlı ehtimallar açıqlanıb. Futbolinfo.az "Apasport"a istinadla xəbər verir ki, təxmini siyahıda martda keçirilmiş DÇ-2018-in seçmə və yoxlama oyunlarının nəticələri də əksini tapıb.
Bu ayın əvvəlində açıqlanan siyahı ilə müqayisədə cədvəldə bir sıra dəyişikliklər baş verib. Yerdəyişmələr Azərbaycan millisindən də yan ötməyib.
Martın 9-da yoldaşlıq oyununda Qətəri 2:1 hesabı ilə yenib, 26-da Almaniya ilə seçmə matçında 1:4 uduzan yığmamız xal hesabını 380-dən 386-ya çatdırıb. Bu da Robert Prosineçkinin yetirmələrinin mövqeyində əksini tapıb. Komandamız 89-cu yerdən 87-ci qalxıb.
Millimiz 4 komandanı – Qətər, Qvatemala, Qvineya-Bissau, Sent-Kitts və Nevis yığmalarını arxada qoyub. Amma Suriya və Boliviyanın sıçrayışla bizi də keçməsi cəmi 2 pillə irəliləməyimizlə nəticələnib.
Millimiz və “qonşular”ı
83 (66). Benin – 396
84 (78). Konqo – 392
84 (87). Qabon – 392
86 (81). Norveç – 387
87 (89). Azərbaycan – 386
88 (98). Svazilend – 378
89 (90). Zambiya – 370
90 (84). Qətər – 369
91 (106). Mavritaniya – 366
Təxmini siyahıya baxsaq, dünyanın ən güclü 10 komandasının mövqeyində də ciddi dəyişikliklər olub. Braziliya 7 ildən sonra 1-ci pilləyə yüksəlib. Argentinanın 1 illik liderliyi sona çatıb. Uruqvay “onluq”dan ayrılaraq, yerini İsveçrəyə verib. Belçika ilə Kolumbiya isə 5-ci və 7-ci yerdəki mövqelərini dəyişib.
İlk “onluq”
2 (1). Braziliya – 1661
1 (2). Argentina – 1603
3 (3). Almaniya – 1464
4 (4). Çili – 1403
5 (7). Kolumbiya – 1348
6 (6). Fransa – 1294
7 (5). Belçika – 1281
8 (8). Portuqaliya – 1259
9 (11). İsveçrə – 1212
10 (10). İspaniya – 1204
Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərinin də mövqeyində bir sıra dəyişikliklər olub. Almaniya mövqeyini qoruyubsa, Şimali İrlandiya 9 pillə irəliləyib. Digər komandalar isə geriləyib. Norveç 5 pillə geri düşməklə yığmamıza qonşu olub. 86-cı pillə Norveç futbol tarixinin antirekordudu. Bu da siyahının rəsmi açıqlanacağı aprelin 6-da tarixə düşəcək. Ehtimallara görə Çexiya 4, San-Marino 1 addım aşağı yuvarlanıb.
DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu
3 (3). Almaniya – 1464
26 (35). Şimali İrlandiya – 823
46 (42). Çexiya – 679
86 (81). Norveç – 387
204 (203). San-Marino – 12
Qeyd edək ki, qonşu Türkiyə yığması 4 pillə irəliləməklə 22-ci yerə düşüb. “Ay-ulduzlular”ın hesabında 863 xal var.
Y
Yığmamız iki pillə irəliləyəcək
Milli komandaların aprelin 6-da dərc olunacaq FİFA reytinqi ilə ba...
Shares: