“Hər şey yaxşıdır. Əməliyyatdan sonra Bakıya qayıtdım və bərpa prosesini uğurla keçirəm. Həkimlər daha da yaxşı olacağını deyir".

Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Qarabağ”ın zədəli olan futbolçusu Dani Kintana deyib. O, komandayla birgə məşqlərə başlayacağı vaxtı da açıqlayıb:

“İki aya komanda ilə məşqlərə başlayacağım gözlənilir. Düşünürəm ki, hər şey yaxşıya doğru gedir”.

Xatırladaq ki, fevralın 3-də Topaz Premyer Liqanın 16-cı turunun AZAL-la oyununda ispan futbolçunun diz bağları qırılıb. Onun ən azı 6 ay yaşıl meydanlardan uzaq qalacağı ehtimal edilir.

Shares: