Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində “Qəbələ” səfərdə “İnter”i 3:1 hesabı ilə məğlub etdi. Futbolinfo.az xəbər verir ki, “Qəbələ”nin oyundakı sonuncu qolunun müəllifi Filip Ozobiç saytımıza açıqlama verib verib. Xorvatiyalı yarımmüdafiəçi qələbəni belə şərh edib:
"Bu oyunda göstərdik ki, yaxşı komandamız var. Hesab edirəm ki, bu nəticə kifayət qədər yaxşıdı. İndi ikinci oyuna yaxşı hazırlaşmalı və finala çıxmalıyıq. Finalda hansı rəqib olsun? Mənim üçün həlledici matçda hansı komandanın olmasının fərqi yoxdu. Əsas odur ki, finala vəsiqə əldə edək".