Azərbaycan kubokunun yarımfinal mərələsinin ilk oyuları çərçivəsində “Qarabağ” səfərdə “Neftçi”ni məğlub etdi – 2:0. Oyundan sonra futbolinfo.az saytına müsahibə verən paytaxt klubunun futbolçusu Fəhmin Muradbəyli matç haqda fikirlərini bildirib və komandasının gələcək oyunlarından danışıb:

– “Qarabağ”la oyunda qələbə qazanmaq, azarkeşlərimizi sevindirmək istəyirdik. Çox istəyirdik ki, qələbə qazanaq. Veteranlarımız da bizə dəstək olmağa gəlmişdilər. Təəsüflər olsun ki, buna nail ola bilmədik. Amma hər şey burada bitmir, cavab oyunumuz var. Əlimizdən gələni edəcəyik ki, bu vəziyyətdən çıxaq.

– “Qarabağ”ın optimal heyətdə oynamamasını özünüz üçün üstünlük hesab etmirdiniz?
– Biz öz oyunumuza hazırlaşmışdıq. Əlbəttə, rəqibin tam heyətlə oynaması bizim üçün üstünlük yarada bilərdi. Bizim də şanslarımız var idi, amma yararlana bilmədik. Cavab oyunu çətin olacaq, asan təslim olmayacağıq. Ümid həmişə sonda ölür.

– “Qəbələ” və “İnter”i məğlub etdikdən sonra “Qarabağ”a da müqavimət göstərəcəyiniz gözlənilirdi. Bu məğlubiyyət çempionat oyunlarında sizi ruhdan salmayacaq?
– Kubok və çempionat oyunu arasında fasilə çox azdır. Üzərimizdə yorğunluq olacaq. Bu məğlubiyyətin çempionat oyununa təsirini göstərəcəyini düşünmürəm. Kubok ayrı, çempionat oyunları ayrıdı. Çempionatda da şanslarımız davam edir, dördüncü yeri tutub avrokuboklara vəsiqə qazana bilərik.

– Cavab oyununda “Qarabağ”ı üsətələyə bilməsəz, yubiley ilində mövsümü titulsuz başa vuracaqsız…
– Nə deyə bilərəm? Hamımız üçün pis nəticədi. Heç kim istəməzdi ki, “Neftçi” titulsuz qalsın. Amma “Qarabağ”a məğlub olmuşuqsa, hər şey bitməyib və cavab oyununda bunun əvəzini çıxmağa çalışacağıq. PSJ-in “Barselona”ya məğlub olduğu oyunu yada salaq. Fransızlar ilk oyunda 4:0 hesabı ilə qalib gəlsə də, cavab oyununda 6 qol buraxdı.
 
– Necə düşünürsən, cavab oyununda “Barselona” ola bilərsiz?
– Futbolda hər şey ola bilər. “Qarabağ”a səfərdə 3 qol vura bilərik, niyə də olmasın? Çalışacağıq ki, qalib gələk.

ELMAR ABDULLA-ZADƏ

Shares: