Futbol üzrə Almaniya ikinci Bundesliqasında 26-cı turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası – "Ersgebirge" də növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda "Sankt Pauli" ilə qarşılaşıb. Futbolçumuzun klubu bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Nazarov start heyətdə meydana çıxıb və 77-ci dəqiqədə əvəzlənib. O, komandasının 28-ci dəqiqədə vurduğu yeganə qolda da xüsusi pay sahibi olub. Belə ki, məhz onun məhsuldar ötürməsindən sonra komanda yoldaşı Nikki Adler rəqib qapısına yol tapıb.

Qeyd edək ki, "Ersgebirge" 26 turdan sonra 26 xalla 18 klub arasında 15-ci pillədə qərarlaşıb.

Shares: