Futbol üzrə Hollandiya birinci divizionunda (Jupiler Liqa) 32-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun komandası – "Den Boş" da növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə "Eyndhoven"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:4.

Ziya bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb. O, 67-ci dəqiqədə vurduğu qolla hesabı 2:2 etsə də, son dəqiqələrdə komandasının buraxdığı iki qola üzülməli olub.

Qeyd edək ki, "Den Boş" 32 turdan sonra 38 xalla 20 komanda arasında 14-cüdür.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp