Peşəkar Futbol Liqası Topaz Premyer Liqası ilə yanaşı, Birinci Divizion yarışlarını da daim diqqətdə saxlayır. Futbolinfo.az xəbər verir ki, sözügedən qurum artıq 5-ci dəfə Birinci Divizionda ayın ən yaxşı qolunu müəyyənləşdirəcək.

Birinci Divizionda vurulan ən yaxşı qol (5 qol arasından) azarkeşlər, idman jurnalistləri və Peşəkar Futbol Liqası tərəfindən səsvermə yolu ilə seçilir. Ay ərzində vurulan ən yaxşı  5 qolun videosu Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdirilir. Azarkeşlər sayta daxil olub, ən yaxşı qolu müəyyənləşdirmək imkanına malik  olurlar. Azarkeşlər və jurnalistlər ayrı-ayrılıqda səsvermənin 40 faizinə sahibdirlər. Səsvermə zamanı hüquqların 20 faizi Peşəkar Futbol Liqasına məxsusdu. Səsvermə zamanı jurnalistlər bir, azarkeşlər digər futbolçunu 1-ci yerə layiq görərsə, PFL ikisi arasında seçim edib, ən yaxşını müəyyənləşdirir. Hər iki tərəfin seçimi üst-üstə düşərsə, bu zaman PFL səsvermə hüququndan istifadə etmir.

Qeyd edək ki, PFL-in saytında sorğunun alt hissəsində yerləşdirilmiş “flash banner”in üzərinə klik edib mart ayında Birinci Divizionda vurulmuş 5 gözəl qolu izləyib, seçiminizi edə bilərsiniz. Sorğu 6 aprelə qədər qüvvədə olacaq. 

 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp