"Səbail" bu gün "Bayıl Arena"da MOİK ilə yoxlama görüşü keçirib. Futbolinfo.az xəbər verir ki, saat 13:00-da start götürən oyunda komandamız meydandan 3:2 hesablı qələbəylə ayrılıb. 

"Aslanları"dan sırasıyla Elvin Adışirinli Bayram Budaqov və Saşa Yunisoğlu fərqlənib. Baş məşqçi Elman Sultanov hər iki hissədə bütün heyət üzvlərinə oynamaq şansı verib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp