Futbol üzrə Ukrayna Premyer Liqasında 23-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Dmitri Nağıyevin komandası – "Dnepr" də növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda "Zirka" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Nağıyev bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Komandasının yeganə qolunu da məhz 32-ci dəqiqədə Dmitri vurub.

"Dnepr" hazırda elitada qalmaq uğrunda mübarizə aparan ikinci altılıq komandaları arasında 13 xalla 4-cü pillədə qərarlaşıb.

Shares: