Xəbər verdiyimiz kimi, Ukrayna Premyer Liqasının 23-cü turunda Azərbaycan yığmasının müdafiəçisi Dmitri Nağıyevin komandası "Dnepr" məhz futbolçumuzun vurduğu yeganə qol sayəsində doğma meydanda "Zikra"ya qalib gəlib – 1:0. Futbolinfo.az xəbər verir ki, o, qarşılaşmadan sonra klub saytına müsahibə verib:

– Dima, "Dnepr"lə Premyer Liqadakı debüt qolunla bağlı təəssüratlarını bölüşərdin…
– Çox gözəl hissdi! Qol vurmağı çox istəyirdim. Həm də biz hazırda heç də yaxşı günlərini yaşamayan Vitali Kireyevə sürpriz hazırlamışdıq. Ona həsr etdiyimiz və öncədən hazırlanan formaları da gördünüz. Vitalini yaxın günlərdə əməliyyat gözləyir. O bilməlidi ki, biz hamımız onun yanındayıq və tam dəstəkləyirik. Əsas isə komandamızın qələbə qazanmasıdı. Bu da çox xoşdu. Çünki uzun müddət idi qələbə qazana bilmirdik. Nəhayət ki, buna da nail olduq.

– Sən məhsuldar ötürmənin məhz oraya ediləcəyini hiss etmişdin?
– Orada olmasaydım, bütün məşqçilərimiz indi məni öldürmüşdü. (gülür) Onlar həmişə bizi cərimə meydançasına maksimum sürətlə daxil olmağa səsləyirlər. Hərdən alınır, hərdən də yox. Allaha şükürlər olsun ki, bu dəfə alındı. İndi hətta "Yuventus"dan zəng etmişdilər (gülümsəyir). Sabah Turinə müqavilə imzalamağa gedirəm. "Dnepr"in bütün azarkeşlərinə məni dəstəklədiklərinə görə təşəkkürümü bildirirəm. İnternetdə mənim təqdimatımı görəcəksiniz. Hamını 1 aprel günü münasibətilə təbrik edirəm!

– Oyundan sonra hakimlə nə barədə söhbət edirdiz?
– Sərbəst zərbə epizodu ilə bağlı. Soruşdum ki, niyə elə qərar qəbul etdin? Cavabı o oldu ki, top hətta Rusikə də toxunsaydı, istənilən halda sərbəst zərbə təyin olunacaqdı.

– Amma o, sizin artıq "Yuventus"un oyunçusu olduğunuzu bilmirdi…
– Hələ yox. Ümumiyyətlə, biz onunla yerliyik, kiyevliyik.

Shares: