Almaniya üçüncü Bundesliqasında 30-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın komandası – "Duysburq" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Yan Regensburq"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Erat bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb.
Qeyd edək ki, "Duysburq" 30 turdan sonra 54 xalla 20 klub arasında 1-ci pillədə qərarlaşıb.