Futbol üzrə İspaniya ikinci liqasında 32-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası – "Kadis" də növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə "UCAM Mursiya" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb – 1:1.

Eddi bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb. Komandasının yeganə qolunu da məhz 45-ci dəqiqədə İsrafilov vurub və hesabda geri olan "Kadis"i məğlubiyyətdən xilas edib.

"Kadis" 32 turdan sonra 51 xalla 22 klub arasında 3-cü pillədə qərarlaşıb.

Shares: