Almaniyanın Gənclər Liqasının cənub-qərb zonası üzrə birincilikdə 22-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Renat Dadaşovlu “Ayntraxt”ın U-19 komandası da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə "1860 Münhen"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.

Dadaşov start heyətdə başladığı bu oyunun sonunadək meydanda olub. Millimizin üzvü 44-cü dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

Hazırda futbolçumuzun komandası 29 xalla 14 klub arasında 7-ci pillədə qərarlaşıb.

Shares: