Futbol üzrə Xorvatiya ikinci liqasında 25-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Elnur Cəfərovun komandası – "Duqopolye" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Şibenik"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Elnur bu matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Duqopolye" geridə qalan turlarda topladığı 36 xalla 12 klub arasında 5-ci pillədə qərarlaşıb.