Türkiyə Super Liqasının 26-cı turu çərçivəsində keçirilmiş "Karabükspor" – “Fənərbaxça” oyununda Azərbaycana dəstək nümayiş etdirilib. Futbolinfo.az xəbər verir ki, meydan sahiblərinin fanatları bu oyunda “Ya Qarabağ, ya ölüm” pankartı açıblar.
Bununla onlar Qarabağda baş verən aprel döyüşlərinin ildönümünə biganə qalmadıqlarını göstəriblər.