"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 2:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Son turdu, oyun barədə nəsə demək düzgün deyil. Qələbə qazanmışıq. “Qəbələ” üçün vacib oyun olsaydı, bəlkə də bu gün başqa hesab qeydə alına bilərdi. Düzdü, itirdiyimiz xallar oldu. Bu gün başqa yerdə ola bilərdik. Təsəllimiz odu ki, futbolçularımız və məşqçi heyətimiz gəncdi. Ümumi durumumuza təəssüflənirik. İndi elə bir andı ki, futbolçu seçmək vaxtı deyil. Bütün futbolçuların oyununu mövsüm ərzində görmüşük".

Shares: