Topaz Premyer Liqasının 28-ci turunun “Neftçi” – “Qarabağ” oyununda komandalardan yalnız biri dəstəklənir. Futbolinfo.az xəbər verir ki, meydan sahiblərinin azarkeşləri komandalarını boykot etdiyindən tribunada yerini almayıb.

Ağdamlılar isə cari mövsümün son matçına xüsusi hazırlaşıb. Onlar bakılı azarkeşlər üçün “xüsusi banner” təşkil ediblər. Bannerdə baş hərfləri qeyd olunan sözlərin açmasını təhqiramiz ifadə olduğuna görə yazmaq istəmirik. Amma hər halda bu bannerin rəqib düşərgədə böyük narazılığa səbəb olacağı şübhəsizdi.

Artıq bununla bağlı oyundan sonra kiçik qalmaqal da yaşandı. Bu banner hər iki tərəfin rəhbərliyini əsəbiləşdirdi. "Qarabağ" rəsmiləri fanatların nümayəndəsinə "buna görə başınız ağrıyacaq" deyərək, xəbərdarlıq etdi. Onlara bu hərəkətin Ağdam klubu tərəfindən də narazılıqla qarşılandığı bildirildi.

18198124 1447431198636990 423122579 n - Futbolinfo.az

Shares: