Futbol üzrə Ukrayna çempionatında 27-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin komandası – "Stal" da növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə "Vorskla" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb – 0:2.

Oyuna start heyətdə başlayan Paşayev yenə 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, "Stal" 27 turdan sonra 31 xalla ikinci altılıqda yer alan və elitada qalmaq uğrunda mübarizə aparan komandalar arasında 2-ci pillədə qərarlaşıb.

Shares: