Futbol üzrə İran çempionatında 29-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Təbrizi təmsil edən klublar da növbəti oyunlarına çıxıblar.
Uğursuz mövsüm keçirən "Maşinsazi" doğma meydanda "Məşhəd" klubuna məğlub olub – 0:1.
Təbrizin digər təmsilçisi "Göstəriş" səfərdə Xuzistan "İstiqlal"ı ilə heç-heçəyə razılaşıb – 0:0.
Cənubi Azərbaycan paytaxtının ən məşhur klubu – "Traktorsazi" isə səfərdə "Sepahan"a uduzub – 0:2. Bu məğlubiyyət təbrizlilərin ikinci pillədəki mövqeyini itirməsi bahasına başa gəlib.
Sona bir tur qalmış "Traktorsazi" 16 klub arasında 53 xalla üçüncüdü. "Göstəriş" 35 xalla 9-cu, "Maşinsazi" isə 16 xalla sonuncu pillədə qərarlaşıb.