Almaniyanın Gənclər Liqasının cənub-qərb zonası üzrə birincilikdə 25-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Renat Dadaşovlu “Ayntraxt”ın U-19 komandası da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Kayzerslautern"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 5:3.
Dadaşov start heyətdə başladığı matçın 90-cı dəqiqəsində əvəzlənib. Komandasının sonuncu qolunu da 85-ci dəqiqədə məhz Renat vurub.
Hazırda futbolçumuzun komandası 33 xalla 14 klub arasında 9-cu pillədə qərarlaşıb.