Azərbaycan Premyer Liqasında 2016/17 mövsümü başa çatdı. Futbolinfo.az xəbər verir ki, mövsüm boyu yalnız bir futbolçu əvəzolunmaz statusuna malik olub.

Belə ki, 28 turun hamısında 90 dəqiqə meydanda olan tək oyunçu qapıçıdı.
 
“Sumqayıt”ın əlcək sahibi Fərhad Vəliyev cari mövsümdə əvəzlənməyib. O, 2520 dəqiqə meydanda olub.
 
Qeyd edək ki, “çərçivə qoruyucusu” meydana çıxdığı 28 oyunda qapısında 35 qol görüb. Apasport

Shares: