Azərbaycan futbolu yeni antirekorda şahid olub. Futbolinfo.az "Apasport"a istinadla xəbər verir ki, cari mövsüm ölkə çempionatları tarixində bombardirlərin ən az qol vurduğu yarış kimi düşüb.
Belə ki, Premyer Liqanın sonunda bombardirlər yarışında ikili lider olan Filip Ozobiç və Rauf Əliyevin hesabında cəmi 11 qol var. “Qəbələ”nin xorvatiyalı legioneri yarımmüdafiəçi olduğundan onu belə məhsuldarlığa görə qınamaq olmaz. Amma hücumçunun 11-dən çox qol vura bilməməyi mütləq antirekorddu.
İndiyədək ən az qolla Azərbaycan çempionatının bombardiri olan futbolçuya bunun üçün 13 qol kifayət edib.
Bu hadisə 2000/01 mövsümündə yaşanıb. “Dinamo”nun hücumçusu Paşa Əliyev cəmi 13 qolla hamını qabaqlayıb.
Qeyd edək ki, 1992-ci ildən keçirilən çempionatlarda ən az qol vuran Paşa Əliyevdisə, son iki mövsümün qolçuları Nurlan Novruzovla (“Bakı”) Dani Kintana (“Qarabağ”) ondan cəmi 2 top artıq vurublar.