Futbol üzrə Almaniya ikinci Bundesliqasında 31-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası – "Ersgebirge" də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Vuersburger Kikkers"lə qarşılaşıb. Futbolçumuzun klubu bu oyundan qələbə ilə ayrılıb – 3:1.
Dmitri start heyətdə meydana çıxıb və sonadək meydanda olub. Komandasının ikinci qolunu da 10-cu dəqiqədə məhz penaltini dəqiq yerinə yetirən Nazarov vurub.
Qeyd edək ki, "Ersgebirge" 31 turdan sonra 36 xalla 18 klub arasında 13-cü pillədə qərarlaşıb.