Futbol üzrə Ukrayna Premyer Liqasında 27-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Dmitri Nağıyevin komandası – "Dnepr" də növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə "Volın"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Nağıyev bu görüşə də start heyətdə başlayıb və sonadək oynayıb.

"Dnepr" hazırda elitada qalmaq uğrunda mübarizə aparan ikinci altılıq komandaları arasında 18 xalla 5-ci pillədə qərarlaşıb.

Shares: