Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda liqa) 39-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun komandası – "Sportinq B" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Porto"nun ikinci komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:3.
Nəsirov bu matçın 74-cü dəqiqəsində meydana buraxılıb.
Qeyd edək ki, "Sportinq"in ikinci komandası hazırda 53 xalla 22 komanda arasında 14-cü pillədə qərarlaşıb.