Futbol üzrə Yunanıstan çempionatında mövsümə yekun vurulub. Futbolinfo.az xəbər verir ki, sonuncu – 30-cu turda azərbaycanlı futbolçu Amit Quluzadənin komandası – AEL də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Panatinaikos"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
Amitin adı bu qarşılaşmanın da iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, AEL geridə qalan turlarda topladığı 28 xalla mövsümü 16 klub arasında 14-cü pillədə başa vurub.