Futbol üzrə Türkiyə 1-ci liqasında 30-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budağın komandası – "Manisaspor" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Qaziantep BB" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Ufuk bu qarşılaşmanın iştirakçısı olmayıb.
"Manisaspor" hazırda 33 xalla 18 klub arasında 13-cü pillədə qərarlaşıb.