Futbol üzrə İsveç çempionatında 8-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin komandası – "Kalmar" da növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda "Hekken"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Start heyətdə meydana çıxan Emin yenə sonadək meydanda olub. O, 45-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
 
Qeyd edək ki, geridə qalan turlarda 5 xal toplayan "Kalmar" hazırda 16 komanda arasında 15-ci pillədədi.

Shares: