Futbol üzrə Slovakiya çempionatında 31-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin komandası – "Jilina" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Seniça" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:2.
Start heyətdə meydana çıxan Şeydayev bu qarşılaşmanın 79-cu dəqiqəsində əvəzlənib.
Çempionluğunu əvvəlki turlarda rəsmiləşdirmiş "Jilina" 11 komanda arasında 67 xalla vahid lideridir.