Türkiyənin “Karşıyaka” klubunun futbolçusu Mustafa Aşan karyerasını Azərbaycanda davam etdirə bilər. Futbolinfo.az xəbər verir ki, belə bir iddianı Türkiyə mətbuatı irəli sürüb.

Həmkarlarımızın yazdığına görə, “Karşıyaka”dan ayrılmaq üçün Türkiyə Futbol Federasiyasına (TFF) müraciət edən 28 yaşlı yarımmüdafiəçi ilə “Kastamonu”, “Şanlıurfaspor” və Azərbaycan Premyer Liqasının 2 klubu yaxından maraqlanır.

Qeyd edək ki, ilk peşəkar klubu “Beşiktaş” olan Mustafa Aşan 2007-ci ildə Türkiyənin U-19 yığmasının da formasını geyinib.

Shares: