Almaniyanın Şimal-Şərq Regional Liqasında 33-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun klubu – "Moyzelvits" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Auerbax"la qarşılaşıb. Futbolçumuzun klubu bu oyundan qələbə ilə ayrılıb – 2:1.
Start heyətdə meydana çıxan Dadaşov sonadək oynayıb. Komandasının qələbə qolunu da 89-cu dəqiqədə penaltini dəqiq yerinə yetirən Rüfət vurub.
Qeyd edək ki, "Moyzelvits" hazırda 41 xalla 18 komanda arasında 15-ci pillədə qərarlaşıb.