Futbol üzrə Almaniya ikinci Bundesliqasında 33-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası – "Ersgebirge" də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Kayzerslautern"lə qarşılaşıb. Futbolçumuzun klubu bu oyundan qələbə ilə ayrılıb – 1:0.
Dmitri start heyətdə meydana çıxıb və sonadək oynayıb.
Qeyd edək ki, "Ersgebirge" 33 turdan sonra 39 xalla 18 klub arasında 13-cü pillədə qərarlaşıb.