Futbol üzrə Türkiyə 1-ci liqasında 33-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budağın komandası – "Manisaspor" da növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda "Şanlıurfaspor"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.

Start heyətdə meydana çıxan Ufuk yenə 90 dəqiqə oynayıb.

"Manisaspor" hazırda 39 xalla 18 klub arasında 10-cu pillədə qərarlaşıb.

Shares: